Xəritələr və GPS
Cihazınızda daxili GPS antenna yoxdur. GPS bağlantısını tələb edən proqramlardan
istifadə etmək üçün uyğun olan xarici GPS qəbuledicisindən (aksessuar ayrı satılır)
istifadə edin. GPS qəbuledicisini cihazınıza Bluetooth simsiz texnologiyasından
istifadə edərək cütləşdirin. Ətraflı məlumat üçün GPS qəbuledicisinin istifadəçi
təlimatına baxın.
Xəritələr proqramını dəstəkləmək üçün qlobal yerləşdirmə sistemindən (GPS) istifadə
edə bilərsiniz. Yerinizi tapın yaxud məsafələri ölçün və koordinatları təyin edin.
Cihazınızı xarici GPS qəbuledicisi ilə cütləşdikdən sonra cari yeri göstərmək üçün
cihaza bir neçə dəqiqə tələb oluna bilər.
GPS sistemi (Naviqasiya və yerin müəyyən edilməsi üzrə Qlobal Sistem) - bu sistemin
dəqiqliyi və saxlanılması üzrə yeganə məsul olan Birləşmiş Ştatlar Höküməti tərəfindən
idarə edilir. Yerləşdirmə ilə bağlı məlumatın dəqiqliyi ABŞ höküməti tərəfindən GPS-ə
quraşdırılan peyklərdən asılıdır və ABŞ Müdafiə Departamentinin mülki GPS
strategiyasına və Federal Radionaviqasiya Planına uyğun olaraq dəyişdirilə bilər.
Dəqiqliyə həmçinin zəif peyk həndəsəsi də təsir edə bilər. GPS siqnallarının
mövcudluğu və keyfiyyəti binalardan və təbii müdaxilələrdən, həmçinin hava
şəraitindən asılı ola bilər. GPS siqnalları binaların daxilində və ya metroda mövcud
olmaya bilər və beton və metal kimi materiallara görə zəifləyə bilər.
GPS yerin dəqiq ölçülməsi üçün istifadə edilməməlidir və siz yalnızca yerləşdirmə
məlumatı və naviqasiya ilə bağlı GPS qəbuledicisi və mobil radio şəbəkəsindən alınan
məlumata etibar etməməlisiniz.