Səs əmrləri və səslə nömrə yığımı
Səs əmrini söyləməklə telefonunuzdan istifadə edin və kontaktlar siyahısında
saxlanılan adı söyləməklə zəng edin.
Səs əmrləri və səslə nömrə yığımı dildən asılıdır. Səs tanınması bəzi dillərdə
dəstəklənmir. Dəstəklənən dillərə baxmaq üçün seçin
Menyu
>
Parametrlər
>
Telefon
>
Dil parametrləri
>
Səs tanınma dili
. Tanınma dilini təyin etmək üçün
istədiyiniz dili seçin.
Qeyd: Səs elementlərinin səs-küylü şəraitdə və təcili yardım tələb edən hadisə zamanı
istifadəsi çətinləşə bilər, bu səbəblə bütün hallarda yalnız səslə nömrənin yığılmasına
etibar etməməlisiniz.
Telefonunuzun səs tanınmasını öz səsinizə təlimatlandırın
Menyu
>
Parametrlər
>
Telefon
>
Səsin tanınması
>
Səs tanınması təlimi
seçin.
Funksiya üçün səs əmrini aktivləşdirmək
Menyu
>
Parametrlər
>
Telefon
>
Səsin tanınması
>
Səs əmrləri
, xüsusiyyəti və
funksiyanı seçin. səs əmrinin aktivləşdirilmiş olduğunu göstərir.
Aktivləşdirilmiş səs əmrini səsləndirmək
İstədiyiniz funksiya üzərinə diyirləyin və
Çal
seçin.
Səs əmrlərinin idarəedilməsi
Funksiya üzərinə keçin və
Seçim
seçin.
Parametlər
21
Səs əmrlərindən yaxud səsli yığımından istifadə
Gözləmə rejimində sağ seçim düyməsini basıb saxlayın. Qısa ton səslənir və
İndi
danış
əks olunur. Əmri yaxud yığmaq istədiyiniz kontaktın adını söyləyin. Səs
tanınması uğurludursa, təklif olunan uyğunluqların siyahısı göstərilir. Telefon
siyahıdakı birinci uyğunluğun səs əmrini səsləyir. Əgər bu əmr düzgün deyilsə, digərinə
tərəf diyirləyin.