Nokia 2730 classic - Batareya və adapter barədə məlumat

background image

Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir.

Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya

BL-5C. Nokia bu cihaza uyğun əlavə batareya modelləri

düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə

tutulmuşdur: AC-3 . Adapter modelinin dəqiq nömrəsi

ştepselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştepselin

variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB, X, AR,

U, A, C, K və ya UB.

Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt

keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə

rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı

dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş

batareyalardan istifadə edin və batareyanızın doldurulması

üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün

nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.

Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun

müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza

birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının

başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər.

Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması

indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir

neçə dəqiqə tələb oluna bilər.

Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə

cihazı söndürün və enerjı qurğusundan ayırın.

Düzgün doldurulma. Adapter istifadə edilmədikdə, onu

elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş

batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki

normadan artıq batareyanın doldurulması onun istehlak

müddətini qısalda bilər. İstifadə edilmədikdə tam

doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Kəskin temperaturdan çəkinin. Həmişə batareyanı 15°C və

25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın.

Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü

azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında

işləməyə bilər. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən

aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.

Qısa qapanmaya səbəb olmayın. Təsadüfi qısa qapanma

dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa

batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə

olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal

zolaqlar kimi görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını

cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər.

Terminalların qısa qapanması batareyaya və ya əlaqədə

olan əşyaya zərər verə bilər.

Tullama. Partlamağa səbəb ola biləcəyi üçün batareyaları

oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq

məhv edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin.