Kompyuterdən istifadə ilə proqram yenilənməsi
Proqram təminatının yenilənmələrinə cihazınızı aldığınız zaman mövcud olmayan yeni
funksiyalar və təkmilləşmiş imkanlar daxil ola bilər. Proqram təminatının yenilənməsi
həmçinin cihazınızın göstəricilərini də yaxşılaşdıra bilər.
Nokia Software Updater proqramı cihazınızın proqram təminatını yeniləşdirməyə
imkan verən kompyuter proqramıdır. Cihazınızın proqram təminatını yeniləşdirmək
üçün sizə müvafiq texniki göstəricilərə uyğun olan kompyuter, geniş zolaqlı İnternet
bağlantısı və müvafiq USB kabeli lazımdır ki, cihazlnızı kompyuterə qoşasınız.
Daha ətraflı məlumatı, proqramın ən son versiyaları üzrə qeydləri əldə etmək Nokia
Software Updater proqramını yükləmək üçün www.nokia.com/softwareupdate və ya
öz yerli Nokia veb-səhifələrinə müraciət edin.
Cihazın proqram təminatını yeniləşdirmək üçün aşağıdakıları edin:
1 Nokia Software Updater proqramını kompyuterinizə yükləyin və quraşdırın.
2 USB kabelindən istifadə edərək cihazınızı kompyuterə qoşun və Nokia Software
Updater proqramını açın. Nokia Software Updater proqramı fayllarınızın rezerv
nüsxəsini çıxarmaq, proqramı yeniləşdirmək və fayllarınızı bərpa etmək üçün sizə
kömək edəcək.
Ümumi məlumat
11